Keçmiş məhbus piyadanı vurub öldürdü və…

Gündəm 29 Aprel 2015 12:30 Oxunub 1163
Keçmiş məhbus piyadanı vurub öldürdü və…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük hüqüqu olmadan maşın sürən Vüsal Paşayev saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 5-də saat 05:30 radələrində Hövsan-Türkan yolunda Hövsan qəsəbəsi sakini, 1980-ci il təvəllüdlü Teymur Əlimövsüm oğlu Mahmudovu avtomobillə vurub ölümünə səbəb olan xəsarət yetirərək hadisə yerindən qaçmaqda şübhəli bilinən naməlum sürücü və avtomobil müəyyən olunub. BPİ-dən Avtosfer.az-a verilən məlumata görə, keçirilən təxirəsalınmaz tədbirlərlə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, sürücülük hüququ olmayan 1985-ci il təvəllüdlü Vüsal Məhərləm oğlu Paşayev idarə etdiyi “Daevoo Nexia” markalı avtomobillə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh