Uğursuz avtobus "avtoşluğu" - BAKIDA 

Qəzalar 29 Aprel 2015 12:48 Oxunub 1329
Uğursuz avtobus "avtoşluğu" - BAKIDA 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hamilə qadın xəsarət alıb

Bakıda iki sərnişin avtobusunun avtoşluq etməsi hamilə qadının başında çatlayıb. Bu gün səhər Azadlıq prospektində 24 saylı xətt üzrə hərəkət edən iki avtobusun sürücüsü ötüşə çıxıb.

Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, bir-birinə yaxın sürən sürücülər avtobusları avtoşlara xas olan "güzgüvurma" manevri edərək zarafatlaşıblar. Onların istəyi uğurlu alınmayıb və avtobuslar sürtünüb, şüşəsi sınıb. Qırılan şüşə avtobusda azyaşlı uşaqla əyləşmiş hamilə qadının üstünə tökülüb. Əli kəsilən qadın qan içərisində avtobusdan düşərək yaxınlıqdakı klinikaya aparılıb və orada yardım edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh