“Lamborghini” “Aventador” modelini geri çağırır

Avtoxəbər 29 Oktyabr 2019 14:19 Oxunub 1210
“Lamborghini” “Aventador” modelini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbəb isə anidən mühərrikin sönməsidir

“Lamborghini” şirkəti Rusiya bazarlarından təmir üçün 27 ədəd “Aventador” modelin geri çağırmağa qərar verib. Avtosfer.az xəbər verir ki, bu 2017 - 2019-cu illərdə dilerlər tərəfindən realizə edilmiş avtomobillərə şamil ediləcək.

Bildirilir ki, səbəb isə avtomobilin müəyyən şəraitdə hərəkətdə olan zaman anidən mühərrikin sönməsidir. Buna baxmayaraq mühərrik dayandıqdan sonra yenidən işə salmaq mümkündür.

Rəsmi dilerlər məlumatlandırır ki, çağırışa düşən model sahibləri tərəfindən ən qısa müddət ərzindən yaxınlıqda yerləşən servis mərkəzlərinə yaxınlaşaraq pulsuz təmir etdirə bilərlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh