Bakıya daha 10 avtobus gətirildi: Bu marşrut xəttinə veriləcək - FOTO

Yeniliklər 29 Oktyabr 2019 14:05 Oxunub 1681
Bakıya daha 10 avtobus gətirildi: Bu marşrut xəttinə veriləcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslarda xüsusi mexanizm quraşdırılıb

Bu gündən 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Agentlikdən bildirilib ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Bu sektorda çalışan sahibkarlar onlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından istifadə edərək ötən dövrdə paytaxtımıza 200 -dən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh