Dəmir Yollarının sədri vağzalda - FOTO

Gündəm 29 Aprel 2015 13:17 Oxunub 1223
Dəmir Yollarının sədri vağzalda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cavid Qurbanov Bakı sərnişin stansiyasında aparılan əsaslı təmirlə tanış olub

«Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında və stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, C.Qurbanov stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişini izləmiş, müvafiq tapşırıq və tövsiyələrini verib. Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. 

Bu məqsədlə cari ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.

Təmir işləri uğurla davam edir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh