Sebastyan Fettel: "Hemiltona həsəd aparmıram, amma qısqanıram"

Yarışma 29 Oktyabr 2019 20:18 Oxunub 1410
Sebastyan Fettel: "Hemiltona həsəd aparmıram, amma qısqanıram"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən tez dövrə vuran və yarışı “10-luq”da tamamlayan sürücü üçün isə əlavə 1 xal nəzərdə tutulub

“Formula 1” üzrə dördqat dünya çempionu Sebastyan Fettel son illər geri qaldığı Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonun uğurlarını şərh edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, İtaliyanın “Ferrari” komandasında çıxış edən almaniyalı pilot britaniyalı həmkarına paxıllıq etmədiyini söyləyib. “Onun əməyinə, nəticələrinə və uğrularına hörmətlə yanaşıram. Bu, göz qabağındadır. Yoxsa özüm olmazdım. Düşünürəm ki, Hemilton buna layiqdir. O və komandası əla iş gördülər. Əlbəttə, deyə bilərəm ki, qısqanıram. Çünki onun yerində olmaq istərdik. Ancaq həsəd apardığımı söyləməzdim”, - Fettel vurğulayıb.

Qeyd edək ki, 2019-cu il mövsümünün başa çatmasına 3 mərhələ qalmış hesabında 363 xal olan Hemilton ikinci sıradakı komanda yoldaşı Valtteri Bottası 74 xal qabaqlayır. Fettel isə 230 xalla 4-cü sıradadır.

Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Ən tez dövrə vuran və yarışı “10-luq”da tamamlayan sürücü üçün isə əlavə 1 xal nəzərdə tutulub. Hemilton həftəsonu baş tutacaq ABŞ Qran-prisində 6-cı dünya çempionluğunu erkən rəsmiləşdirə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh