"Mercedes" "London taksisi" ilə toqquşdu

Qəzalar 29 Aprel 2015 13:21 Oxunub 1176
"Mercedes" "London taksisi" ilə toqquşdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ara məsafəsinin saxlanılmaması qəzaya səbəb oldu

Bakının Nəsmi rayonu Füzuli küçəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Adıçəkilən küçə ilə Füzuli meydanı istiqamətində olan hərəkətdə olan “Mercedes” maraklı minik maşını Talışxan Əkbərovun idarə etdiyi “London taksi»sinə çırpılıb. Hadisə vaxtı hər iki nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə imiş. Qəza nəticəsində başı alın şüşəsinə dəyən “Mercedes”in sürücüsü İmanaqulu Xəlilov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Şahidlərin sözlərinə görə, həmin vaxt “London taksisi” yolun hərəkət hissəinin sağ tərəfində olub. “Mercedes”in sürücüsünün ani diqqətlisizi maşının taksiyə çırpılması ilə sona çatıb.

Qəza yerinə gələn Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının apardığı müayinələrdən sonra qəza ilə bağlı ilkin versiya da irəli sürülüb. Nəsimi RPİ-nin təhqiqatçısı Bahadır Əliyev əyləc izinə baxaraq ilkin versiya kimi sürət faktorunu önə çəkib. 

Tam dəqiq səbəblər isə müvafiq ekspertizaların verəcəyi rəydən, eləcə də ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış keçiriləndən sonra bəlli olacaq.

 

anspress

ŞƏRH YAZ
Ad

E-mail

Şərh