"Peugeot" və "Fiat" birləşmə ilə bağlı danışıqlar aparır

Avtoxəbər 30 Oktyabr 2019 09:15 Oxunub 1072
"Peugeot" və "Fiat" birləşmə ilə bağlı danışıqlar aparır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni birliyə "Peugeot"un baş icraçı direktoru Karlos Tavares başçılıq edə bilər

"Peugeot" və "Fiat Chrysler Automobiles" (FCA) avtomobil konsernləri birləşmə haqqında danışıqlara başlayıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti bildirib.

"Fiat" və "PSA Group"dan ("Peugeot-Citroen") "Peugeot" mümkün birləşmə haqqında danışıqlar aparırlar", - deyə qəzetin xəbərində qeyd olunur.

Məlumata görə, yeni birliyə "Peugeot"un baş icraçı direktoru Karlos Tavares başçılıq edə bilər.

Qeyd edək ki, "Fiat" markası adı altında "Fiat", "Lancia", "Alfa Romeo", "Abarth", "Ferrari" və "Maserati" avtomobilləri istehsal edilir. PSA Avropada "Volkswagen"dən sonra ikinci avtomobil istehsalçısıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh