Avtosfer.az | Reklam
Telefonla danışdığına görə cərimələnən sürücü ağır qəzaya düşdü: 2 ölü, 2 yaralı - FOTO
Avtosfer Foto 30 Oktyabr 2019 18:36 1737 dəfə oxunub
Telefonla danışdığına görə cərimələnən sürücü ağır qəzaya düşdü: 2 ölü, 2 yaralı - FOTO
Hüquq-Mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Samsun vilayətində polis tərəfindən cərimələnən sürücü, bir müddət sonra ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün səhər saatlarında Samsun-Ankara avtomagistralının 8-ci kilometrliyində qeydə alınıb. Əldə edilən məlumata görə, Hüseyin Bərbər (28) idarə etdiyi “Opel” markalı, 06 BT 0883 qeydiyyat nömrə nişanlı avtomobillə, Samsundan Ankara istiqamətinə doğru hərəkətdə olan zaman, yolun yağışlı və sürüşkən olması səbəbindən sükan idarəetməsini itirərək yol kənarına aşıb.

Nəticədə sürücünün anası Hülya Bərbər (48) ilə nənəsi Adilə Bərbər (85) hadisə yerində dünyasını dəyişib, atası Məhmət Bərbər (53) və özü Hüseyin Bərbər isə xəsarətlər alıblar.

Yaralılar ambulanslarla Samsun Təlim və Araşdırma xəstəxanasına çatdırılıb. Həkimlər Məhmət Bərbərin həyatı təhlükəsinin olduğunu deyiblər.

Bildirilir ki, qəza törədən nəqliyyat vasitəsinin sürücüsü Hüseyin Bərbər, Tekkeköy rayonunda polisin keçirdiyi reyd zamanı, avtomobil idarə edərkən telefonla danışdığına görə polis tərəfindən cərimələnib. Bundan təxmini 32 kilometr sonra onun qəza törətdiyi məlum olub.  

Hüquq-Mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

cep-telefonuyla-konusmaktan-ceza-yedikten-sonra-kaza-yapti-2-olu,-2-yarali-(1).jpgcep-telefonuyla-konusmaktan-ceza-yedikten-sonra-kaza-yapti-2-olu,-2-yarali-(2).jpgcep-telefonuyla-konusmaktan-ceza-yedikten-sonra-kaza-yapti-2-olu,-2-yarali-(3).jpgcep-telefonuyla-konusmaktan-ceza-yedikten-sonra-kaza-yapti-2-olu,-2-yarali-(5).jpgcep-telefonuyla-konusmaktan-ceza-yedikten-sonra-kaza-yapti-2-olu,-2-yarali-(6).jpg

ŞƏRH YAZ
Ad
E-mail
Şərh