Bakıda şəhəri "alt-üst" edən "avtoş" tutuldu - 15 gün həbs - VİDEO

Avtoreyd 30 Oktyabr 2019 15:37 Oxunub 4609
Bakıda şəhəri "alt-üst" edən "avtoş" tutuldu - 15 gün həbs - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib

Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürüclərlə bağlı reyd keçirilib.

Avtosfer.az xəbəe verir ki, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb.

Qayda pozan sürücü Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfinbdən “saxla” əmri verilib.

Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib.

Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan suni tıxac vasitəsilə saxlanılıb.

Sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur.

O, bir müddət əvvəl sürücülk hüququndan məhrum da edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Çahin Həsənov barəsində 15 gün müddətində inzibati qaydada həbs və sürücülük hüququnun 1 il məhdudlaşdırılması tətbiq olunub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh