Avtosfer.az | Reklam
"Volkswagen" 15 milyard avroya yaxın mənfəət əldə edib
Avtoxəbər 30 Oktyabr 2019 19:40 145 dəfə oxunub
"Volkswagen" 15 milyard avroya yaxın mənfəət əldə edib
Bu cari ilin 9 ayının maliyyə hesabatını açıqlayıb

"Audi", "Bugatti", "Seat", "Skoda" və "Porsche" markaların daxil olduğu Alman avtomobil istehsalçısı "Volkswagen Group" cari ilin 9 ayının maliyyə hesabatını açıqlayıb. Avtosfer.az "Report"a istinadən xarici mətbuata istinadən xəbər verir ki, şirkət cari ildə gəlirlərini keçən ilin eyni dövrü ilə müqayisədə 6,9% artıraraq 186,6 milyard dollara çatdırıb. "Volkswagen"in bəzi xərclər istisna olmaqla mənfəəti 11,2% artaraq 14,8 milyard avro olub. İdman avtomobillərinə və "Skoda" markasına tələbin artması və dizel qalmaqalı üçün az maliyyənin ayrılması şirkətin balans hesabatına müsbət təsir göstərib.

Şirkətin üçüncü rübdəki satış gəliri 61,4 milyard avro, mənfəəti isə bazar gözləntilərini üstələyərək 4,82 milyard avro olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh