Avtosfer.az | Reklam
Avtobus minik maşını ilə toqquşdu: 3 ölü, 4 yaralı – FOTO + VİDEO
Avtosfer Foto 30 Oktyabr 2019 20:45 370 dəfə oxunub
Avtobus minik maşını ilə toqquşdu: 3 ölü, 4 yaralı – FOTO + VİDEO
Polis faktla bağlı araşdırmalara başlayıb

Türkiyənin Van vilayətində avtobus və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Van-Hakkari avtomagistralının “Gözəl dərə” keçidi yaxınlığında qeydə alınıb.

Məlumata görə, sürücülərin şəxsiyyətləri müəyyənləşdirilməyən 30 AAB 321 qeydiyyat nişanlı minik maşını, 07 AEZ 433 qeydiyyat nişanlı avtobusla toqquşub. Zərbənin gücündən avtomobil hərəkət zolağından çıxaraq yol kənarına düşüb.

Nəticədə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Yaralılar hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh