"Volkswagen" "06"nı aşırdı: 3 yaralı

Qəzalar 29 Aprel 2015 16:53 Oxunub 1263
"Volkswagen" "06"nı aşırdı: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə aprelin 29-da Ələt-Astara magistralının 203-cü kilometrliyində, yolun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Aşağı Nüvədi qəsəbə sakini İlqar Əhmədovun idarə etdiyiVolkswagenmarkalı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən Lənkəran şəhər sakini Emil Kazımzadənin idarə etdiyi "VAZ-2106" markalı minik maşını qəfildən qarşısına çıxıb və ona çırpılıb. Güclü zərbədən "VAZ-2106" çevrilib, sürücüsü isə ağır xəsarət alıb.

“Volkswagen”in sürücüsü və onun sərnişini, 46 yaşlı Sərraf Abbasov da yaralanıb. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Burada onlara müvafiq tibbi yardım göstərilib.

"VAZ-2106"nın sürücüsü, 24 yaşlı E.Kərimzadənin vəziyyətinın ağır olduğu bildirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh