Yol polisinin daha bir yetirməsi dünya çempionu oldu - FOTO - VİDEO

Yol polisi 31 Oktyabr 2019 14:53 Oxunub 1299
Yol polisinin daha bir yetirməsi dünya çempionu oldu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramazan Abdullayev bütün rəqiblərinə qalib gəlib

Bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində keçirilən BFC 48 adlı dünya miqyaslı peşəkar turnirdə həmyerlimiz Ramazan Abdullayev qələbə qazanıb. Avtosfer.az xəbər verir ki, 11 peşəkar döyüşün hamısında qalib gələn idmançımız finalda belaruslu idman ustası İqor Molçanovu 2-ci raundda texniki nakaulta məğlub edərək çempion adını qazanıb.

Qeyd edək ki, Ramazan Abdullayev K1 idman növü üzrə Yeniyetmə və gənclər arasında dünya çempionudur. 
Xatırladaq ki, idmançı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, K1 üzrə dəfələrlə dünya çempionu olmuş idman ustası Tural Bayramovun yetirməsidir. Avtosfer.az-a açıqlamasında Tural Bayramov bu qələbənin özünün də qələbəsi olduğunu bildirib. Qeyd edib ki, istənilən uğur Azərbaycan adına yazılır və məhz bu dəfə çempionluğu vətənə gətirən Ramazanın onun tələbəsi olduğu üçün fəxr edir.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh