Köhnə avtomobillər yığışdırılmalıdır, bir şərtlə ki… - Ekspert nazirin fikirlərini şərh edir

Yazarlar 31 Oktyabr 2019 15:11 Oxunub 1793
Köhnə avtomobillər yığışdırılmalıdır, bir şərtlə ki… - Ekspert nazirin fikirlərini şərh edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Utilizasiya prosesi avtomobil sahibləri üçün hər hansı bir əlavə xərc yaratmamalıdır

"Azərbaycanda köhnə avtomobillər yığışdırılmalıdır. Ancaq bu yalnız o halda baş verməlidir ki, dövlət həmin avtomobillərə görə kompensasiya ödəsin”. Bu sözləri Sfera.az-a açıqlamasında ölkədə mövcud olan 1 milyon 402 min avtomobilin 19,1 faizinin istismar müddətinin 30 ildən çox olması barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin dediyi rəqəmlərə əsasən onların dövriyyədən çıxarılması vacibliyinə toxunarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib: "Köhnə avtomobillərin yığışdırılması, utilizasiyası baş verərsə, birmənalı şəkildə həmin addımın dövlət tərəfindən kompensasiya ödənilərək reallaşmasına ehtiyac var. Yəni köhnə avtomobillər yığışdırılmalıdır, ancaq kompensasiyanın ödənilməsi şərtilə. Yalnız avtomobil sahibinə kompensasiya ödənilməklə onun nəqliyyat vasitəsinin utilizasiyası həyata keçirilə bilər. Elə avtomobillər var ki, köhnə və ekoloji mənada zərərli olmaqla yanaşı, həm də qəza hadisələrinə səbəb ola biləcəyi baxımından kifayət qədər risklidir. O baxımdan həmin avtomobillərin utilizasiyası baş verməlidir”.

Ekspert bildirdi ki, utilizasiya prosesi avtomobil sahibinə hər hansı bir zərər yetirməməlidir:"Utilizasiya prosesi avtomobil sahibləri üçün hər hansı bir əlavə xərc yaratmamalıdır. Dövlət tərəfindən həmin nəqliyyat vasitələrinin alınması həyata keçirilə və bundan sonra utilizasiya edilə bilər. Hətta ehtiyac olduqda belə avtomobillərin yararlı ehtiyat hissələrindən istifadə etmək də olar. Ya da tamamilə dövriyyədən çıxarılıb ləğv edilə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh