"İsgəndər ASA Holding" BNA-nın səlahiyyətlərini icra edir? - Zorla pul yığırlar - FOTO

Avtoxəbər 31 Oktyabr 2019 15:41 Oxunub 3581
"İsgəndər ASA Holding" BNA-nın səlahiyyətlərini icra edir? - Zorla pul yığırlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sadəcə sürücülərə öz aləmlərində "xox" gəlirlər"

"İsgəndər ASA Holding" adlı şirkətin Bakı şəhəri ərazisində qanunsuz olaraq parkinq xidməti göstərməsi barədə dəfələrlə məlumat verilib. Bakı Nəqliyyat Agentliyində olan bu səlahiyyəti "mənimsəyən" şirkət rəhbərliyi bir az da irəli gedib. Belə ki, Bakı küçələrinin birində ağaca adı ağ kağızda yazılmış elan diqqəti çəkir. "Ödəniş etməyən sürücülər cərimələnəcək". Maraqlıdır bu cəriməni kim edəcək? BNA dəfələrlə bu şirkətin onlara heç bir aidiyyatı olmadığını bildirib. İndi isə şirkət BNA-nın daha bir səlahiyyəti olan cərimə yazmağı "mənimsəyib". 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu cür elanlar tamamilə qanunsuzdur. "Sadəcə, sürücülərə öz aləmlərində "xox" gəlirlər. Adamdan soruşarlar ki, sən kimsən, məni necə cərimə edəcəksən?".
Elməddin Muradlı sürücülərə tövsiyə də edib. "Ümumiyyətlə, bu insanlara pul verməyin. Heç bir cərimədən söhbət gedə bilməz. Bu, sadəcə qanunsuz olaraq pul mənimsəmək yeridir. Bu adamlar kimdir, hara qulluq edir, o da bəlli deyil. Odur ki, biz sürücülər özümüz bunu baykot etməliyik. Çünki parkinq xidməti də, cərimə tətbiq etmək də yalnız BNA-nın səlahiyyətləri daxilindədir."

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh