Bakının ekspressləri - VİDEO

Yeniliklər 29 Aprel 2015 17:32 Oxunub 1451
Bakının ekspressləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox dəyişiklik yol infrasturukturunda həyata keçirilir

I Avropa Oyunları zamanı ən çox dəyişiklik yol infrasturukturunda həyata keçirilir. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, Su İdman Kompleksi ətrafında yaşlılaşdırma işləri aparılıb. Binaların fasadları yenilənməsi yekunlaşmaq üzrədir. Yol boyu düzülən məlumtaındırıcı lövhələrin sayı artırılıb. Qeyd edək ki, “Eurovision” mahnı müsabqəsi ərəfəsində yollarda otel və mədəniyyət abilələrinin göstərən lövhələr quraşdırılmışdı. İndi bu siyahıya idman arenalarının yerini göstərən lövhələr də əlavə olunub. Daha iri ölçüdə olan bu lövhələrin bəzilərində məlmumatlar ingilis dilində, bəzilərində isə Azərbaycan dilində verilib. Yol boyu düzülən zibil qutuları da gözümüzdən yayınmadı. Bu dəmir qablar çox yaxın məsafələrdə qoyulub.

Avropa oyunları ilə bağlı yollara “Oyun zolağı” çəkilir. Yolladrda daha bir yenilik oyun zolaqlarının çəkilişidir. Bu zolaqlar oyunların keçirdiyi ərazilərə gedən yollarda çəkilir. Həmin yollarla stadionların ərazisinə işləyəcək ekspres marşrutlar və idmançıları daşıyan avtobuslar istifadə edə biləcəklər. 3,75 metr eninidə olan “oyun zolaqları” 15 sm enində sarı xətlə məhdudlaşdırır. Zolaqları fərqləndirən həm də orada Avropa Oyunlarının loqotipinin çəkilməsidir. Bu tip loqotiplərin həmin yolların kənarlarında da quraşdırılır. 

Avropa Oyunlarınını loqtiplərinə London taksiləri üzərində də rast gəlmək mümkündür. Bu yeni avtomobillər əsasən ağ rəngdə rənglənib. Avtomobillərin üzərinə müxtəlif idman növləri ilə bağlı loqolar yapışdırılıb. Avropa Oyunları ərəfəsində şəhərdə ancaq bu taksilər fəaliyyət göstərəcək. Oyunların keçirildiyi əraziərdə digərlərinin fəaliyyəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, ağ London taksilərində əlavə heç bir taksi Avropa Oyunları keçirilən ərazilərin ətrafına buraxılmayacaqlar. Xüsusən də qeyri-qanunu fəaliyyət göstərən taksi sürücüləri.

“Bakı-2015” zamanı xüsusi parklama qaydaları müəyyən edilib. Oyunlar ərəfəsində avtomobillərin parklanması üçün qaydalar da müəyyənləşib. Avropa Oyunlarının keçiriləcəyi idman arenaları ətrafında nəzarət zonaları yaradılıb və xüsusi nişanlarla qeyd olunub. Həmin ərazidə yaşayanlar məhz nişanlanmış sahələrdə maşınlarını saxlaya biləcəklər. Onlar üçün parklama ödənişsiz olacaq. İş yerləri həmin ərazidə olanlar üçün isə bu qadağan ediləcək. Artıq parklanma qaydaları ilə bağlı xəritələr tərtib olunub. “Bakı 2015” ərəfəsində və oyunlar zamanı yolu idman arenaları yerləşən ərazilərdən keçən və maraqlanan hər bir vətəndaş, internet saytlarından istifadə etməklə bu xəritələrə baxmaq imkanı əldə edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh