Polislər Bakıda intihar etmək istəyən qadını belə xilas etdi - FOTO - VİDEO

Yol polisi 31 Oktyabr 2019 21:27 Oxunub 1916
Polislər Bakıda intihar etmək istəyən qadını belə xilas etdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların sayıqlığı nəticəsində intiharın qarşısı alınıb

Bu gün Bakı şəhərində yaşlı xanım intihara cəhd edib.

Avtosfer.az xəbər verir ki, saat 14: 45 radələrində hələlik kimliyi məlum olmayan yaşlı bir xanım özünü öldürmək məqsədilə metronun “Koroğlu” stansiyasının yaxınlığındakı asma körpüyə çıxaraq, intahara cəhd edib. Bu ərazidə xidmət aparan 99 YP 376 dövlət nömrə nişanlı,YPX xidməti avtomobilinin ekipajları: polis baş serjantı Məmmədov Anar Rahilyeviç, polis serjantı Mirzəyev Hüseyn İlham oğlu, polis baş leytenantı Əhmədov Ramazan Nurəddin oğlunun və Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşlarının ayıq sayıqlığı və eyni zamanda çevikliyi nəticəsində intihara cəhdin qarşısı müvəffəqiyyətlə alınıb.

Videonu redaksiyamıza göndərən Hüquqşünas Rüstəm Cəfərov bildirib ki, bir insan həyatını xilas edən YPX inspektorlarının və Nizami MP-nin əməkdaşlarının müsbət xidmətinin qiymətləndirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Bizdə öz növbəmizdə Avtosfer.az saytı olaraq adları yuxarıda çəkilən YPX inspektorlarına və eyni zamanda Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.


 

Rüstəm

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh