İsmayıllıda "BMW" aşıb, sürücü ölüb, anası xəsarət alıb - VİDEO

Qaydalar 2 Noyabr 2019 22:09 Oxunub 2428
İsmayıllıda "BMW" aşıb, sürücü ölüb, anası xəsarət alıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yoldan çıxaraq çaya aşıb

İsmayıllı rayonunda minik avtomobili yoldan çıxaraq aşıb. Avtosfer.az">Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb.

İsmayıllı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirzadə Əmralı Ağasəməd oğlu idarə etdiyi "90-SR-979" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq çay yatağına aşıb. Hadisə zamanı sürücü və anası, 1963-cü il təvəllüdlü Əmirova Cəmilə Nəcməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əmirzadə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı DİN İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh