Futbol azarkeşləri itə görə qəzaya düşdülər: 5 nəfər yaralanıb - FOTO

Avtosfer Foto 3 Noyabr 2019 12:09 Oxunub 1491
Futbol azarkeşləri itə görə qəzaya düşdülər: 5 nəfər yaralanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Ağsara vilayətində it, 5 nəfərin xəsarət alması ilə nəticələn yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saat 7.00 radələrində Ağsaray-Konya magistralının 33-cü kilometrliyində qeydə alınıb.

Məlumata görə, Əmrah Yakar (27), anidən qarşısına çıxan iti vurmamaq üçün 34 BRH 600 qeydiyyat nömrə nişanlı avtomobillə ani manevr edib. İdarəetmədən çıxan maşın yol kənarına aşıb.

Nəticədə sürücü ilə nəqliyyat vasitəsində olan Həsən Təkgül (27), Fərhad Turqut (21), Tanər Kök (27) və Məsud Gönən (30) xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılan ambulanslarla Ağsaray Təlim və Araşdırma Xəstəxanasına çatdırılıblar. Müalicəsinə başlanılan yaralıların səhhətlərinin qənaətbəxş olduğu bildirilib.

Bildirilib ki, avtomobildə olanlar “Fənərbağça” futbol klubunun azarkeşləri olub. Onlar bu gün keçiriləcək “Kayserispor” - “Fənərbağça” oyununa baxmaq üçün yola çıxıblarmış.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh