Avtosfer.az | Reklam
Tanınmış iş adamı “Range Rover”ində güllələndi - VİDEO
Gündəm 3 Noyabr 2019 12:46 8067 dəfə oxunub
Tanınmış iş adamı “Range Rover”ində güllələndi - VİDEO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

İstanbulun Ovçular rayonunda iş adamı avtomobilində naməlum şəxs və ya şəxslər tərəfindən güllə yağışına tutulub. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Cahangir məhəlləsində özəl bir universitetin qarşısında qeydə alınıb.

Məlumata görə, tanınmış iş adamı Turqay Çolaqoğlu iş yerindən çıxdıqdan sonra bir motosikletli tərəfindən təqib edilib. O, “Range Rover” markalı avtomobili ilə hərəkət olan zaman şübhəli şəxs və ya şəxslər tərəfindən güllə atəşinə tutulub. Hücum vaxtı mərmilər avtomobilin qapılarına və şüşəsinə dəyib. Çolaqoğlu, şüşələrin qırılması ilə ayağına dəyən şüşə parçalarından xəsarət alıb.

Bundan sonra iş adamı avtomobilin sükan idarə etməsini itirərək universitetin bağçasına girib.

Ətrafdakı vətəndaşların çağırış ilə hadisə yerinə polis və səhiyyə briqadaları gəlib.

Polis əməkdaşları ətrafda apardıqları araşdırmalar zamanı çox miqdarda güllə gilizi aşkarlayıblar.

Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh