Avtosfer.az | Reklam
Azərbaycanda dəhşətli qəzalar baş verdi - 8 ölü, 10 yaralı var - VİDEO
Qəzalar 3 Noyabr 2019 20:22 21202 dəfə oxunub
Azərbaycanda dəhşətli qəzalar baş verdi - 8 ölü, 10 yaralı var - VİDEO
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib

Bakıdan toy mərasimindən qayıdan Balakən sakinləri yolda qəzaya düşüblər. Nəticədə 2 nəfər ölüb,5 nəfər yaralanıb. Bakı-Şamaxı yolunun 90-cı kilometrində, Qobustan rayonu ərazisində mikroavtobus dairəvi yol ayrıcına çırpılaraq aşıb. Nəticədə mikroavtobusun sürücüsü, Balakən rayon Yeni Şərif kənd sakini 33 yaşlı Nurəddin Hetayev və sərnişin 51 yaşlı Paşa Papahov hadisə yerində dünyasını dəyişiblər.

59 yaşlı Əsiyyət Zirnixova , 59 yaşlı Pirdas Qoqayeva, 56 yaşlı Hacı Əsdiyev , 57 yaşlı Heybullah Kahayev və 34 yaşlı Rəsul Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Sumqayıtda da ağır qəza olub. Stansiya Sumqayıt adlanan ərazidə 2 minik avtomobilinin toqquşması nəticəsində 60 yaşlı Nazim Həsənov və 25 yaşlı Seymur Babazadə dünyasını dəyişib. Qəzada xəsarət alan digər 4 nəfər isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb.

Sumqayıtdakı başqa bir hadisədə süpürgəçi qadını maşın vuraraq öldürüb. Hadisə şəhərin Sahil küçəsində baş verib. Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 40 yaşlı Həcər Şəbiyeva küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

İsmayıllıdakı qəza da ölümlə nəticələnib. Avtomobil İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdən aşıb. Hadisə zamanı sürücü 26 yaşlı Əmralı Əmirzadə və anası, 56 yaşlı Cəmilə Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Əmralı Əmirzadə xəstəxanada dünyasını dəyişib.

Rayonda daha bir qəza piyadanın ölümü ilə nəticələnib. Hadisə Muğanlı-İsmayıllı yolunda qeydə alınıb. Şamaxı sakini İfadə Rəhimov ova gedərkən yolu keçmək istəyib və onu avtomobil vurub. Ağır xəsarətlər alan yaralını sürücü xəstəxanya apararkən yolda dünyasını dəyişib.

Şirvanda da avtomobilin vurduğu piyada ölüb. Hadisə Şirvan-Salyan magistralının Çılpaqlı qəsəbəsindən keçən hissəsində olub. Şirvan sakini, Elmir Yusifov idarə etdiyi mikroavtobusla yolu keçən piyada- Şirvan sakini, 59 yaşlı Əlisəfa Zeynalovu vurub. Yaralı ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxnasının renimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı aldığı travmalardan orada keçinib.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh