«KİA» svetafora məhəl qoymadı; nəticə belə oldu - FOTOLAR

Qəzalar 28 May 2014 14:19 Oxunub 2099
«KİA» svetafora məhəl qoymadı; nəticə belə oldu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakının Nəsimi rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Vaqif prospekti ilə hərəkətdə olan "KİA" markalı avtomobil Mirəli Qaşqay küçəsi ilə kəsişmədə Nəsimi rayon Qaz İstismarı İdarəsinin əməkdaşlarının olduğu "QAZ-3110" markalı maşınla toqquşub. Toqquşmanın gücündən "QAZ-3110" yoldan kənara düşüb və qaz kəmərini zədələyib. Nəticədə ətrafa qaz sızmağa başlayıb. "KİA" isə toqquşmadan sonra yolun kənarında dayanan "Nissan" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "QAZ-3110" markalı avtomobildə olan iki nəfər - Nəcəfov Namaz Oruc oğlu və Əliyev Tural Lətif oğlu xəsarət alıblar. Onlar təcili tibbi yardım briqadası tərəfindən Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin ehtimala görə, qəzaya "KİA" markalı avtomobilin sürücüsünün işıqforun qadağanedici işığına məhəl qoymaması səbəb olub. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh