Avtosfer.az | Reklam
“Nissan”, “Chevrolet”, “Peugeot”: 3600 - 5000 manat - HƏRRAC
Avtobazar 4 Noyabr 2019 11:37 492 dəfə oxunub
“Nissan”, “Chevrolet”, “Peugeot”: 3600 - 5000 manat - HƏRRAC
Hərraca ümumilikdə 10 nəqliyyat vasitəsi çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin dekabrın 3-də növbəti hərrac keçiriləcək. Avtosfer.az xəbər verir ki, hərraca Milli Məclisin İşlər İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının balansında olan, ümumilikdə 10 nəqliyyat vasitəsi çıxarılacaq.

Qeyd: Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək sənədlər təqdim olunmalıdır.

 

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh