Avtosfer.az | Reklam
Bakı küçələrində erməni təxribatı – DSX-dan qəribə cavab - Bu da məşhur VİDEO
Gündəm 4 Noyabr 2019 16:22 3062 dəfə oxunub
Bakı küçələrində erməni təxribatı – DSX-dan qəribə cavab - Bu da məşhur VİDEO
Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər

Dünən sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. Avtosfer.az bakupost.az-a istinadla xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.

Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.

AYNA məlum video ilə bağlı Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirovla əlaqə saxlayıb. DSX rəsmisi məlum videodan xəbərsiz olduğunu, yalnız videonu izlədikdən sonra şərh verəcəyini bildirib. Videonu izlədikdən sonra isə R.Cahangirov sualımıza gülüşlə cavab verib və deyib: “Hanı burda erməni”.

“Erməni deyillərsə, bəs kimdilər, aydınlıq gətirin məlum videoya”, – sualımıza isə ümumiyyətlə cavab verməyib.

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur.

 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh