Yol çəkərkən 3-cü dəfə eyni xətti zədələdilər - FOTO

Xəbərlər 4 Noyabr 2019 15:10 Oxunub 1487
Yol çəkərkən 3-cü dəfə eyni xətti zədələdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub

Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər.

Xatırladaq ki, dünən anoloji hadisə 3-cü dəfə idi ki, təkrarlanırdı. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib.

Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər. Dünən oxşar hadisə 3-cü dəfə təkrarlanıb. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunub və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunub. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib. Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub. Təmir işləri aparıldıqdan sonra qazın saat 17 radələrində verilişinin bərpa edilməsi gözlənilir.

 


 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh