Biləsuvarda mütəşəkkil dəstə avtomobil ustasını döyüb qarət etdi

Qaydalar 5 Noyabr 2019 16:36 Oxunub 1343
Biləsuvarda mütəşəkkil dəstə avtomobil ustasını döyüb qarət etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Biləsuvar rayonunda usta emalatxanada döyülərək qarət olunub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Mirzəxan Təzəxan oğlu kənd ərazisindəki maşın təmiri emalatxanasında olarkən tanımadığı iki naməlum şəxs ona hücum edib. Naməlum şəxslər M.Məmmədovu döyüb, onun üzərində olan 1750 manat pulu və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törədən şəxslərin rayon sakini, 1997-ci il təvəllüdlü Babayev Pərviz Xanlar oğlu və Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Əmirov Tural Ələşrəf oğlu olduğu müəyyən edilib.

P.Babayev şübhəli şəxs qismində saxlanılıb. Digər şəxs axtarılır.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh