General vəzifəsindən çıxarıldı - Vilayət Eyvazovdan SƏRT QƏRAR

Yol polisi 5 Noyabr 2019 19:00 Oxunub 5044
General vəzifəsindən çıxarıldı - Vilayət Eyvazovdan SƏRT QƏRAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələlik Baş İdarənin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

Avtosfer.az">Avtosfer.az Strateq.az-a istinadla xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. 

O, eyni zamanda işindəki nöqsanlara görə DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan və təqdimatları Prezident tərəfindən təsdiqlənən Kollegiya üzvlüyündən də çıxarılıb.

Nazirin digər əmriylə Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh