Avtosfer.az | Reklam
Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarıldı - FOTO
Maraqlı 6 Noyabr 2019 09:00 169 dəfə oxunub
Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarıldı - FOTO
Qeyd edilib ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu Moskvada hərraca çıxarılacaq.

Noyabrın 14-də keçiriləcək hərrac barədə “Litfond” öz saytında məlumat yayıb.

Qeyd edilib ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq.

Brejnevə məxsus sürücülük vəsiqəsi və xəbərdarlıq talonu 1976-cı ildə Brejnevə 70 illik yubileyi ərəfəsində SSRİ Daxili İşlər naziri Nikolay Şolokov tərəfindən zarafatyana hədiyyə edilib.  

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin bağ evində tapılıb. 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh