Avtosfer.az | Reklam
Bakıda itkin düşmüş iki gənc qız tapılıb
Gündəm 6 Noyabr 2019 16:00 325 dəfə oxunub
Bakıda itkin düşmüş iki gənc qız tapılıb
F.Əliyeva tapılıb və ailəsinə təhvil verilib

Bakıda itkin düşmüş iki gənc qız tapılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə sentyabrın 22-də Nəsimi rayon Mustafayev küçəsində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü G.Nağıyeva həmin gün saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra 20 yaşlı gəncin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nağıyeva tapılıb və ailəsinə təhvil verilib.

Bundan başqa, noyabrın 1-də Nəsimi rayon Hüseynbala Əliyev küçəsində yaşayan 2001-ci il təvəllüdlü F.Əliyeva evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

F.Əliyeva tapılıb və ailəsinə təhvil verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh