Avtosfer.az | Reklam
Cibində marixuana keçirtmək istədi
Gündəm 6 Noyabr 2019 14:00 118 dəfə oxunub
Cibində marixuana keçirtmək istədi
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomobili ilə gələn Türkiyə Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. "Lyama" ləqəbli kinoloji xidməti itin sürücüyə verdiyi reaksiya nəticəsində onun üzərindəki şalvarın arxa cibindəki pul qabının içərisindən iki ədəd kağız bükümdə ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh