Avtosfer.az | Reklam
Qəzaya səbəb olan sürücü yaralıya kömək etmək əvəzinə görün nə etdi – FOTO + VİDEO
Avtosfer TV 6 Noyabr 2019 18:30 778 dəfə oxunub
Qəzaya səbəb olan sürücü yaralıya kömək etmək əvəzinə görün nə etdi – FOTO + VİDEO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Osmaniyə vilayətində qəzaya səbəb olan sürücü yaralıya kömək etmək əvəzinə telefonla danışıb. Avtosfer.az xəbər verir ki, insident noyabrın 4-də Qədirli rayonu Şəhid Orxan Göy məhəlləsində qeydə alınıb.

Məlumata görə, 80 LM 593 qeydiyyat nömrə nişanlı motosikleti ilə mağazaya gələn İlkər Sarı (43), arxasından gələn “pikap”ın, sürücüsünün qaydalara riayət etməyərək manevr edən minik avtomobilinə çırpıldıqdan sonra üzərinə sürüklənməsi nəticəsində yaralanıb.

Ətrafda olan insanların xəbər verməsi ilə hadisə yerinə çox sayda polis və səhiyyə briqada əməkdaşları gəlib. Yaralı motosiklet sürücüsü İlkər Sarı ambulansla xəstəxanaya çatdırılıb.

Bu əsnada isə qaydanı pozaraq qəzaya səbəb olan sürücünün mobil telefonla danışması diqqətdən yayınmayıb.

Qəzadan sonra yerləşdirildiyi xəstəxanada müalicəsi başa çatan İlkər Sarı evə buraxılıb. “Pikap”ın üzərinə sürüklənməsi ilə özünü itirdiyini söyləyən Sarı, avtomobilin dəyməsi ilə həqiqi mənada havaya uçduğunu dilə gətirib: “Özümü itirdim, amma qısa müddətdən sonra ayağa qalxdım. Çox şükür yaxşıyam. Ancaq qəzaya səbəb olan sürücünün bizə kömək etməsi əvəzinə telefonla danışmağı mənə çox pis təsir etdi”

O, qəzada böyük sarsıntı keçirdiyini və hələ də onun təsirində olduğunu bildirərək, nəqliyyatda sürücülərə daha diqqətli olmalarını məsləhət görüb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Namiq Musayev

Kazaya neden oldu, yaralıya yardım etmek yerine telefonuyla konuştu

ŞƏRH YAZ
Ad
E-mail
Şərh