Avtosfer.az | Reklam
“Azərişıq”dan 9 yaşlı Zəhra ilə bağlı açıqlama
Gündəm 6 Noyabr 2019 17:00 534 dəfə oxunub
“Azərişıq”dan 9 yaşlı Zəhra ilə bağlı açıqlama
Bu cür məlumatların əsassızdır

Son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın müalicəsinə “Azərişıq” ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı məlumatlar yayılıb.

Bu barədə “Azərişığ”ın Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu cür məlumatların əsassız olduğunu bildirib.

““Azərişıq” olaraq bildirmək istəyirik ki, bu xoşagəlməz hadisə baş verdiyi gündən etibarən 9 yaşlı Zəhra balamız rəhbərliyimizin daim diqqət mərkəzində olub. Məlum hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün “Azərişıq” əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib. Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər səhmdar cəmiyyət tərəfindən tamamilə qarşılanıb.

Sosial şəbəkələrdə iddia olunduğu kimi bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb. Bundan sonra da “Azərişıq” Zəhra Əliyevanın müalicəsi üçün lazımi bütün zəruri tədbirləri görməkdə davam edəcək. Vətəndaşlarımızdan, sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər. Biz də bu ölkənin vətəndaşlarıyıq və Zəhra balamızın başına gələn bu xoşagəlməz olay insan olaraq bizi də incidir. Bədbəxt hadisələrdən heç birimiz sığortalanmamışıq və hamımız bir-birimizə dəstək verib belə çətinlikləri dəf etməliyik”, - deyə qurum rəsmisi qeyd edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh