Avtosfer.az | Reklam
Qaradağda yol qəzası olub, xəsarət alanlar var
Qəzalar 7 Noyabr 2019 07:49 114 dəfə oxunub
Qaradağda yol qəzası olub, xəsarət alanlar var
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt dairəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Fərhadov Valeh Tarix oğlu və onun həmyaşıdı Məmmədzadə Asim Rasim oğlunun olduqları avtomobilin təkərinin partlaması nəticəsində qəzaya düşərək xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. V.Fərhadova və A.Məmmədzadəyə döş qəfəsinin küt travması diaqnozları qoyulub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh