Avtosfer.az | Reklam
Xızıda piyadanı maşın vurub öldürdü
Qəzalar 7 Noyabr 2019 13:30 114 dəfə oxunub
Xızıda piyadanı maşın vurub öldürdü
Faktla bağlı araşdırma aparılır

Ötən gün piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzikənd ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazinin 72-ci km-də 1985-ci il təvəllüdlü Neftçala rayon sakini Əhmədov Vüsal Cəfər oğlu Bakı istiqamətində idarə etdiyi “Hyundai” markalı, 90 HX 047 nömrəli avtomaşınla yolu keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Xızı rayon sakini Abbasov Ceyhun Ülfət oğlunu vurub.

C.Abbasov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh