Avtosfer.az | Reklam
Babək prospektində qəza törədən sürücünün məhkəməsi başlayır
Qəzalar 7 Noyabr 2019 16:30 313 dəfə oxunub
Babək prospektində qəza törədən sürücünün məhkəməsi başlayır
1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğlu da xəsarət alıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən qəza törətməkdə təqsirləndirilən Çubanov Emil Adilyeviçin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Hakim Nəriman Mehdiyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında paytaxtın Babək prospektində baş verib. 1975-ci il təvəllüdlü Emil Çubanov yüksək sürətlə idarə etdiyi avtomobil aşıb. Nəticədə sürücünün özü kəllə-beyin travması, said sümüyünün sınığı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Bundan başqa, ərazidən keçən piyada, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğlu da xəsarət alıb. 

E.Çubanova Cinayət Məcəlləsinin 263-1.1. (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh