Maşının nömrəsini itirməmək üçün bu qaydalara mütləq ƏMƏL EDİN

Avtodünya 7 Noyabr 2019 16:12 Oxunub 4758
Maşının nömrəsini itirməmək üçün bu qaydalara mütləq ƏMƏL EDİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nömrə nişanını maşına bərkidici ilə vurmaq lazımdır, yapışqanla yox

Bir neçə gündür davam edən yağışlı hava şəraitinin bir çox maşının nömrə nişanının qopub düşməsi ilə nəticələnib. Bu proses bundan əvvəlki payız-qış mövsümlərində də təkrar olunub. Avtosfer.az bununla bağlı araşdırma aparıb. Məlum olub ki, sürücülər bir neçə kiçik məqama diqqət yetirsə, nömrə itməz. Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, nömrənin itməsinin bir çox səbəbi var. Öncə sürücülər nömrə nişanının maşına düzgün vurulmasına fikir verməlidirlər:“Son zamanlar dəb halını alıb, çox adam nömrə nişanını maşına bərkidici (“samarez” şrup) ilə vurmur, buna görə də nömrə nişanı düşüb itir. Yay aylarında avtomobil yollardakı cuxurlara çox düşmür, çünki yol quru olduğuna görə sürücü cuxurları görə bilir. Yağışlı havalarda isə bu, mümkün olmur, səbəb isə cuxurların su ilə dolmasıdır. Yəni, sürücü çuxuru görmür və maşın tez-tez ora düşüb-çıxır. Bu halda maşının nömrəsi boşalır və bir gün qopub düşür. Çünki dediyimiz kimi, nömrə nişanını bərkidici ilə yox, yapışdırıcı ilə vurulur. Yapışdırıcaya isə su dəydikdə onun boşalması baş verir. 
Nömrə nişanının düşməsinin digər səbəbi isə maşının ön hissəsinin hansısa maneələrə yüngül toxunmaları olur. Toxunmalar zamanı nömrə nişanı boşalır, bu isə nə vaxtsa nömrənin qopub düşməsinə şərait yaradır. Sürücülərə tövsiyə olunur ki, bu qaydalara əməl etsinlər. Nömrə nişanını bərkdirici ilə vursunlar, yapışdırıcı ilə yox. Nömrəni qorumaq lazımdır, forslanmaq yox” – deyə, Elməddin Muradlı bildirib.
Daha bir sual isə nömrə nişanı itdikcə nə etmək lazımdır? Ekspert Elməddin Muradlı bununla bağlı da öz fikrini bölüşüb. O bildirib ki, nömrə nişanı itdikcə sürücü avtomobili idarə edə bilməz. Sürücü yaşadığı ərazi üzrə polis şöbəsinə müraciət etməlidir və nömrənin itməsi barədə  ərizə yazmalıdır. Orada sürücüyə arayış verilməlidir, o arayışla birlikdə şəxsiyyət vəsiqəsini və varsa etibarnaməni  götürərək Dövlət Yol Polis İdarəsinin qeydiyyat imtahan söbələrinə  yaxınlaşmaq lazımdır. Və burada sürücülərə yeni nömrə təqdim olunacaq. Qanuna görə, sürücülərə 1 ay ərzində  köhnə nömrə tapıldıqda təqdim oluna bilər. Təbii ki, əgər  sürücü öz köhnə nömrə nişanlarını gözləsə 1 ay avtomobil idarə edə bilməz. 1 ay tamam olduqda yenidən müraciət etməlidir, nömrə taplıbsa ona veriləcək, yox əgər tapılmayıbsa yeni nömrə nişanı ala bilər. Əslində, ilk müraciətdən də köhnə nömrə nişanından imtina edib, yeni nömrə nişanı almaq olar.
 Dövlət qeydiyyat nişanının rüsumu 35 manatdır, üstəlik, avtomobil texniki müayinədən keçməlidir. Bunun rüsumu isə 20 manatdır. Eyni zamanda, maşının qeydiyyat şəhadətnaməsi dəyişdiyinə görə də 25 manat dövlət rüsumu ödənməlidir.

 

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh