Avtosfer.az | Reklam
İki “07” toqquşdu: 3 nəfər yaralandı - FOTO
Qəzalar 7 Noyabr 2019 20:45 189 dəfə oxunub
İki “07” toqquşdu: 3 nəfər yaralandı - FOTO
Faktla bağlı araşdırma aparılır

Ucarda baş verən qəzada 3 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, hadisə Azərbaycan küçəsində baş verib.

Belə ki, iki "Vaz-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Şalıq kənd sakini, 1984-cü il təvəllüdlü Cavadov Nurlan Tahir oğlu və Qazyan kənd sakinləri 1954-cü il təvəllüdlü Allahverdiyev Dilavər Məhəmmədəli oğlu və 1938-ci il təvəllüdlü Şirəliyev Sabir Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh