Avtosfer.az | Reklam
Yol polisi Şəki sakininə səhv protokol yazıb - FOTO - VİDEO
Oxucu məktubları 7 Noyabr 2019 20:10 334 dəfə oxunub
Yol polisi Şəki sakininə səhv protokol yazıb - FOTO - VİDEO
10 manatlıq cərimə yerinə 50 manat yazılıb

Şəki şəhər sakini Qalıb Sədiyev yol polisinin ona qanunsuz olaraq cərimə yazdığını iddia edir. Avtosfer.az-a müraciət edən sürücü deyir ki, Şəki şəhəri ərazisində (Asan Xidmətin yanı) sürət həddi 60 km/saat olan yerdə 73 km/saat sürətlə radara düşüb. Özünə məxsus 55 BO 077 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobil ilə hərəkətdə olarkən sürət həddini 10 km/saat aşıb. Lakin ona tərtib olunan protokolda sürət həddini 21-40 km aşdığı və 50 manat cərimə olunduğu bildirilib. Sürücü qeyd edir ki, həmin ərazidə sürət həddinin 60 km/saat olduğunu göstərən nişan olduğu halda, ona tərtib olunan protokolda bu nişanın 50 km/ saat olduğu bildirilir. 
Vətəndaş məsələ ilə bağlı rəsmi şəkildə yol polisinə də müraciət edib. Lakin hələlik problem həllini tapmayıb. Qalıb Sədiyev ərazidən çəkilmiş videonu və AsanPay sistemində ona təqdim olunmuş fotoları da göndərib. 
Vətəndaş protokolun ləğv edilərək düzəliş olunmasını tələb edir.

 

Orxan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh