Avtosfer.az | Reklam
Şamaxıda sement dolu yük maşını 45 metr hündürlükdən dərəyə aşıb - FOTO
Qəzalar 7 Noyabr 2019 22:00 698 dəfə oxunub
Şamaxıda sement dolu yük maşını 45 metr hündürlükdən dərəyə aşıb - FOTO
Faktla bağlı araşdırma aparılır

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən məlumat verir ki, hadisə bu gün axşam saat 18:00 radələrində Şamaxı-Çöl Göylər avtomobil yolunda qeydə alınıb. Xaçmaz sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü T. Musayev 20 metr kənarda ağır vəziyyətdə tapılıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh