Bakı metropoliteninde Tanqo sürprizi

Gündəm 7 Noyabr 2019 23:30 Oxunub 875
Bakı metropoliteninde Tanqo sürprizi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“İçərişəhər” stansiyasında master klass təşkil ediləcək

Bakı metropoliteninin stansiyalarında sosialyönümlü tədbirlərin keçirilməsi artıq ənənəvi hala çevrilib.
8 noyabr 2019-cu il tarixində, saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq. Qeyd edək ki, bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq.
Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.
Tanqo həvəskarı olan şəhərimizin sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh