Avtosfer.az | Reklam
Bakıda sürücü 36 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb
Qəzalar 8 Noyabr 2019 08:15 81 dəfə oxunub
Bakıda sürücü 36 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb
Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Xətai rayonunda qeydə alınıb.

Köhnə Günəşli qəsəbəsində minik avtomobili yolu keçən 1983-cü il təvəllüdlü Əliyeva Ramilə İsrail qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona dizin əzilmiş yarası və bədənin küt travması diaqnozu qoyulub.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh