Avtosfer.az | Reklam
Hacıqabulda baş verən qəzada ər və arvad xəsarət alıb
Qəzalar 8 Noyabr 2019 09:15 182 dəfə oxunub
Hacıqabulda baş verən qəzada ər və arvad xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh