Avtosfer.az | Reklam
Prezidentin açdığı yolda işıq dirəkləri var, işıq isə yoxdur - FOTO - VİDEO
Oxucu məktubları 8 Noyabr 2019 09:05 259 dəfə oxunub
Prezidentin açdığı yolda işıq dirəkləri var, işıq isə yoxdur - FOTO - VİDEO
Hansı qurumun işıqpulu borcu var, hansı qurum işıqları kəsib yəqin ki, bunun vətəndaşa dəxli olmamalıdır

Ötən il dekabrın 28-də Böyükşor gölünün üzərində inşa edilən və paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etdi.

Həmin vaxt Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verən zaman bildirmişdi ki, .

Yol boyunca müasir işıqlandırma sistemi qurulub, dörd avtobus dayanacağı quraşdırılıb.

Amma təəssüf ki, hazırda ərazidə həmin “müasir işıqlandırma sistemi” işləmir. Belə ki, sürücülər günün qaranlıq vaxtlarında elə zülmət qaranlıqda hərəkət etməyə məcbur olublar. Avtosfer.az-a müraciət edən sürücülərdən biri bildirib ki, ilkin vaxtlarda burda işıqlandırma olub. Amma nədənsə son vaxtlar işıq üzünə həsrət qalıblar. Səbəb isə bəlli deyil. Hansı qurumun işıqpulu borcu var, hansı qurum işıqları kəsib yəqin ki, bunun vətəndaşa dəxli olmamalıdır.

Prezident İlham Əliyev artıq qəsəbədaxili yolların işıqlandırması ilə bağlı tapşırıq verdiyi halda magisrtal yollarda işıqlandırma yoxdur. Yəqin ki, aidiyyəti qurumların buna veriləcək bir cavabı var. Videonu təqdim edirik:

 

Orxan Əli

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh