Metropoliten rəsmisi: "“Cəfər Cabbarlı” stansiyasının ikinci yolu istifadəyə veriləcək"

Gündəm 8 Noyabr 2019 10:30 Oxunub 726
Metropoliten rəsmisi: "“Cəfər Cabbarlı” stansiyasının ikinci yolu istifadəyə veriləcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Cəfər Cabbarlı” stansiyasını 2020-ci ilin yayında təhvil verməyi düşünürük”

“Cəfər Cabbarlı” metro stansiyası çox unikal stansiyadır. Dünyanın heç bir metrosunda belə bir stansiya yoxdur. Belə ki, onun bir yolu “28 May” stansiyasının bir tərəfində, ikinci yolu isə o biri tərəfindədir. Arasında da keçid üçün xeyli məsafə var. SSRİ dövründə tikilən metropoltenlərdən iki xəttin bir müstəvidə kəsişməsi yalnız Bakıda olub”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, bu isə “Bakı Metropoliteni”, onun inkişafı, gələcək sərnişin daşımada qatarların intensivliyinin çoxaldılması üçün çox böyük bir problemdir: “Bu problemin həlli istiqamətində də layihələrimiz var. Amma bu gün biz “Cəfər Cabbarlı” stansiyasını olduğu kimi təmir edirik. Həm sərnişin platforması, həm də orta zal - burada olan beton plitələr, beton dirəklər və s. tamamilə sökülüb yenidən qurulur. Yolun divarı da həmçinin sökülərək yenidən qurulub. Çünki burada havalandırma yox idi, biz havalandırma kanalları yaradırıq. Bütövlükdə stansiyanı çox effektiv havalandırma sistemi ilə təmin edirik. Bu isə imkan verəcək ki, rütubət və digər səbəblərdən metronun ömrü qısalmasın. Həmçinin burada stansiyanın işıqlandırılma sistemi də yenidən qurulur".

Bu stansiyanın digər yolunda havalandırma şaxtası yenidən qurulur və ora yeni ventilyatorlar alınıb. Həmçinin “28 May” stansiyasının yolu ilə birbaşa kollektor açılır ki, qatarların gediş-gəlişində hava axını mübadiləsi olsun. Bir sözlə bu stansiyada, təxminən, “Şah İsmayıl Xətai”də gördüyümüz mənzərəni görəcəyik. “Cəfər Cabbarlı” stansiyasını 2020-ci ilin yayında təhvil verməyi düşünürük”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh