Avtosfer.az | Reklam
Qusarda ölümə səbəb olan sürücünün cəzası azaldılıb
Gündəm 8 Noyabr 2019 14:15 186 dəfə oxunub
Qusarda ölümə səbəb olan sürücünün cəzası azaldılıb
Hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi prosesdə hökm oxunub

Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Kənan Sultanəliyevin barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi prosesdə hökm oxunub.

Qərara əsasən, K.Sultanəliyevin cəzası 6 ildən 5 il il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə bu il fevralın 18-də saat 15:30 radələrində Qusar rayonunun İmamqulukənd kəndi ərazisində baş verib. Həmin kəndin sakini Sultanəliyev Kənan Qazıməhəmməd oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “QAZ-31105” markalı, 99-LE-931 dövlət qeydiyyatı nişanlı avtomobillə Qusar rayonunun Quxuroba kənd sakini Ağakərimov Ramik Balasi oğlunun idarə etdiyi 38-BB-558 dövlət qeydiyyatı nişanlı “VAZ-21074” markalı avtomobil toqquşub. Nəticədə Ramik Ağakərimovun dünyasını dəyişib.

K.Sultanəliyevə Cinayət Məcəlləsinin 263-1.3-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib və barəsində seçilmiş polis nəzarətinə vermə qətimkan tədbiri həbslə əvəz edilib və məhkəmə zalından həbs edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh