Avtosfer.az | Reklam
Bakıda iki qadını avtomobillə vuraraq qaçan sürücülər saxlanılıb
Gündəm 8 Noyabr 2019 13:50 112 dəfə oxunub
Bakıda iki qadını avtomobillə vuraraq qaçan sürücülər saxlanılıb
Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan başqa, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Ləman İsmayılova vurulub və o, xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayon sakini M.İsmayılov saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh