Avtosfer.az | Reklam
Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb
Gündəm 8 Noyabr 2019 15:00 103 dəfə oxunub
Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb
“Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb"

Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, şərti adı “B3” olan metro stansiyasında əsas tikinti işləri başa çatdırılıb və gələn ilin ortalarında tamamlama işləri aparılacaq: "Bu stansiyadan sonra yeni olan “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq. Ümumilikdə bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh