Narkobaronun oğlunun həbsində iştirak edən polis 150 güllə ilə öldürüldü – VİDEO

Avtosfer TV 8 Noyabr 2019 15:24 Oxunub 6006
Narkobaronun oğlunun həbsində iştirak edən polis 150 güllə ilə öldürüldü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona 30 saniyə ərzində dayanmadan avtomat silahlardan atəş açıblar

Meksikalı narkobaron “El Chapo” ləqəbli Joaquin Guzmanın oğlunun həbsində iştirak edən polis məmuru güllələnərək öldürülüb. Avtosfer.az xəbər verir ki, narkobaronun oğlu Ovidio Guzman Lopez keçən ay polis əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən yaxalanıb. Bildirilir ki, hadisədən bir müddət sonra “El Chapo”ya işləyən dəstə üzvləri polis məmurunun olduğu avtomobili təqib ediblər və o, maşını park etdiyi zaman 30 saniyə ərzində dayanmadan avtomat silahlardan atəş açaraq onu 150 güllə ilə qətlə yetiriblər.

Meksika mətbuatının yazdığına görə, təhlükəsizlik qüvvələri Lopezi həbs edən vaxt aralarında polis məmuru Eduardo N.-da olub.

Qeyd edək ki, Ovidio Guzman Lopezin həbsindən sonra, kartel üzvləri şəhəri müharibə zonasına çeviriblər və daha çox ölüm hallarının baş verməməsi üçün, ABŞ-da axtarışda olan “El Chapo’nun oğlu həbsdən azad edilmişdi.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh