Avtosfer.az | Reklam
Arxa duman farasını qoşub göz çıxaran sürücü 90 PK 459 - VİDEO
Avtosfer TV 8 Noyabr 2019 16:45 671 dəfə oxunub
Arxa duman farasını qoşub göz çıxaran sürücü 90 PK 459 - VİDEO
Duman faralarından bu cür istifadə birmənalı qadağandır

Sutkanın qaranlıq vaxtı arxa duman faralarını yandırıb hərəkət edən 90-PK-459 qeydiyyat nişanlı avtomobilin sürücüsünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, arxa duman farasını yandırıb hərəkət edən sürücü, arxadan gələn sürücülərin gözünü qamaşdırıb. Görüntü Bakı-Sumqayıt yolunda qeydə alınıb. 

Arxa duman farasını qoşaraq hərəkət edən sürücülərlə tez-tez rastlaşmaq olur. Onların bəzisi duman farasını stop işıqlarına qoşurlar və əyləci sıxan zaman duman faraları da işə düşür. Bu isə birmənalı qadağandır.

Yol Hərəkəti Haqqında Qanunun 73-cü maddəsinin IX hissəsində qeyd olunub ki, "arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə  şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır".

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh